20 dəfə "Oskar"a namizəd aktrisanın sirri - video+foto

20 dəfə "Oskar"a namizəd aktrisanın sirri - video+foto
1178 dəfə oxunub
  • A-
  • A
  • A+
İndiyə qədər 19 dəfə "Oskar"a namizəd olan, onlardan 3-ünü qazanan aktrisa Meril Strip bu il yeni filmi ilə öz rekordunu yeniləyə bilər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 66 yaşlı Meril "Ricki and the Flash" ("Riki və Fleş") filmində rokçu ana obrazını canlandıracaq. Aktrisa illər əvvəl musiqi həvəsinə görə həyat yoldaşını və uşaqlarını tərk edən yaşlı Riki Rendezzonu canlandırır. O, filmdə əsl rokçular kimi səhnədə qışqıraraq mahnı ifa edir. Mütəxəssislər bu obrazın ona 20-ci "Oskar" namizədliyini qazandıracağını qeyd ediblər.

Filmdə Rikinin qızını elə aktrisanın öz qızı Mamie canlandırıb. Meril Strip uğurlu karyera və ailəyə sahibdir. O, bu haqda belə deyir:
 
"Evlilik mövzusunda peşəkar deyiləm. Ortaya tökə biləcəyim sirlərim, üsullarım da yoxdur. Uşaqlarım böyüyüb evi tərk edəndə kədərlənmişdim. Çünki özümü, analıq həyatımı onlara həsr etmişdim. Evdə olmamalarına gec öyrəşdim. Onlar üçün çox narahat olsam da, qürur duyuram. Uşaqlar getdikdən sonra maraqlı işlərim olduğu üçün şanslıyam. 50-60 yaşımda hələ də kassa gəliri gətirən filmlərdə oynaya biləcəyimi gördülər. Ancaq bu mənada mən tək deyiləm. Helen Mirren və Cudi Denç də Hollivud standartlarına görə yaşlı görünsələr də, mükəmməl uğurları var. Bütün filmlərdən sonra həyat yoldaşıma belə deyirəm: "Artıq işləməyəcəyəm, bəsdir. Təqaüdə çıxmaq üçün yer tapaq". Amma yeni layihə başlayandan sonra o, mənə dəstək olmağa başlayır".

Qeyd edək ki, həm də 27 dəfə Qızıl Qlobus mükafatına nominant olan Meril Strip onlardan ancaq 8-ni ala bilib, eyni zamanda 3 BAFTA, Kann və Berlin festivallarının da laureatıdır. Heç vaxt plastik əməliyyat etdirməyən aktrisa üzünü və bədənini korlamaq fikrində olmadığını deyir.