Dörd tanınmış aparıcıdan yeni veriliş - video

Dörd tanınmış aparıcıdan yeni veriliş -  video
6123 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən ildən anonsları yayımlanan “5-ci element” verilişi yeni mövsümdə ekrana gələcək.

Axşam.az-ın məlumatına görə, ATV-də yayımlanacaq proqrama Kamilə Babayeva, Hüsniyyə Məhərəmova, Ranar Musayev və Rüfət Ağayev aparıcılıq edəcək.

Verilişdə aparıcıların hər biri müxtəlif elementi əks etdirir. Belə ki, K.Babayeva alov, H.Məhərrəmova külək, R.Ağayev torpaq, R.Musayev isə su elementidir.

Qeyd edək ki, “5-ci element”in ötən il efirə getməməsinin səbəbi H.Məhərrəmovanın “Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri olması, Ranar Musayev və R.Ağayevin isə “Bakı 2015”dəki fəaliyyəti idi.

Ana olduqdan sonra aparıcılıqdan uzaqlaşan K.Babayeva efirə ilk bu verilişlə qayıdacaq.