Çinadan nişanlısından ayrılma xəbərinə münasibət

Çinadan nişanlısından ayrılma xəbərinə  münasibət
10356 dəfə oxunub
  • A-
  • A
  • A+
Dicey Çina nişanlısından ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-a açıqlama verən Çina bunun yalan məlumat olduğunu bildirib:

“Nişanlımdan ayrılmamışam. Biz bir yerdəyik. Bu yaxınlarda “Facebook”da yanlışlıqla “azad münasibət” etmişəm. Daha sonra xəbər tutub, səhvi düzəltdim. Bunu götürüb xəbər ediblər. Məndən soruşmadan niyə belə yazı hazırlayırlar ki? Bu yanlışdır”.

Qeyd edək ki, diceyin nişanlısı Aydan ailəsi ilə birlikdə Dubayda yaşayır. Cütlüyün nişanı ötən ilin oktyabrında olub.