34 yaşlı Beyonsun ən çox izlənən videoları+fotolar

34 yaşlı Beyonsun ən çox izlənən videoları+fotolar
2480 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün dünya şöhrətli pop və R&B müğənnisi Beyonsun ad günüdür.
 
Axşam.az-ın məlumatına görə, 34 yaşı tamam olan ulduz Texasda dünyaya göz açıb.

Səhnəyə ilk addımını 16 yaşında atan ifaçı 1997-ci ildə qurulan və dünyanın ən çox albom satan qızlardan ibarət “Destiny's Child” adlı qrupun lideri və qurucusu olaraq hələ 18 yaşındaykən böyük şöhrət qazanıb.

Dünyanın ən güclü qadın vokalları arasında 7-ci yerdədir. Beyons, ilk çıxışını 2003-cü ildə "Dangerously in Love" albomunu çıxararaq edib.

Alboma daxil olan "Crazy in Love" və "Baby Boy" mahnıları 10 həftəyə yaxın siyahılarda 1 nömrədə qalmış və bu müvəffəqiyyət 2004-cü ildə qazandığı 5 “Grammy” mükafatı ilə nəticələnmişdir.

Pop star 2005-ci ildə qrupu dağıldıqdan sonra solo karyerasına başlayıb. O, əldə etdiyi nailiyyətlər və səhnədə eyni anda canlı mahnı oxuyub, rəqs edə bilən tək müğənni olması səbəbiylə “Forbes”, “Billboard” kimi jurnallar tərəfindən "Queen B" ləqəbini qazanıb. 2010-cu ildə Ladi Qaqa ilə oxuduğu "Telephone" mahnısı dünyanın ən çox satan qadın duetidir. 2009-cu ildə isə “Billboard” tərəfindən "İlin Qadını" seçilib.
Öz adını daşıyan "Beyoncé" albomu 2013-cü ildə işıq üzü görüb. Albom ilk öncə “iTunes” üzərindən satışa çıxarılıb və Azərbaycan da daxil olmaqla 130-dan çox ölkənin “iTunes”ində birinci olub.

2008-ci ildən reper Cey Zi ilə ailəlidir və Blu Ayvi adlı 3 yaşlı bir qızı var.