"Röya əcəb etmişdi" - Afaq Gəncəli

"Röya əcəb etmişdi" -  Afaq Gəncəli
6199 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ünvanına yazılan təhqirlərə əsəbiləşib.

Axşam.az-a açıqlama verən aparıcı xoşagəlməz sözlər yazanları qara siyahıya atdığını bildirib:

“Hərdən həddindən artıq təhqir yazırlar. Çox pis oluram. Belələrini qara siyahıya atıram. Məni sevməyən birinin səhifəmdə nə işi var? Bu yaxınlarda Röya onu təhqir edən bir şəxsi tapmışdı. Hamı onu qınadı. Amma Röya əcəb etmişdi. Tanımadığın bir insanın ünvanına necə nalayiq sözlər yaza bilərsən? Kim sənə bu ixtiyarı verir ki? Türkiyədə qanun çıxıb ki, başqasını təhqir edən cinayət məsuliyyətinə cəlb olunacaq. İstəyərdim ki, bizdə də belə qanun çıxarsınlar. Bəlkə ondan sonra məsuliyyətləri oldu”.