Qənirə Ataşova Azərbaycandan getdi

Qənirə Ataşova Azərbaycandan getdi
11897 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS telekanalının əsas xəbər aparıcısı Qənirə Ataşova Azərbaycanı tərk edir. Onun bundan sonra Amerika Birləşmiş Ştatlarında yaşayacağı bildirilir.
 
Axşam.az publika.az-a istinadən xəbər verir ki, telejurnalistin səfəri işgüzar xarakter daşıyır. Belə ki, Ataşova ANS-in ABŞ-dakı bürosuna növbəti bir il üçün rəhbər təyin olunub. Yeni mövsümdə Amerikada baş verənləri ANS tamaşaçısına məhz o, çatdıracaq.
 
Q.Ataşova Amerikaya tək deyil, 2 uşağı ilə birlikdə gedəcək. Onu ANS-də Rita Ömərova əvəz edəcək.
 
Xatırladaq ki, ANS-in Amerikadakı bürosuna son bir ildə Rita Ömərova rəhbərlik edib. O, işini ANS-də davam etdirmək üçün artıq Bakıdadır.