“Əli və Nino” heykəli bərpa edildi

“Əli və Nino” heykəli bərpa edildi
1720 dəfə oxunub
  • A-
  • A
  • A+
Gürcüstanın Batumi şəhərində zədələnmiş “Əli və Nino” heykəlinin bərpası istiqamətində işlər yekunlaşmaq üzrədir.
 
Axşam.az xəbər verir ki, APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, zədələnən heykəl yeni ərazidə bərpa edilib. İş icraçıları bildiriblər ki, işlər sentyabrın 5-də tam yekunlaşacaq.
 
Qeyd edək ki, avqustun 26-da Batumidə baş vermiş fırtına zamanı heykəlin dağılma ehtimalı nəzərə alınaraq heykəl başqa yerə köçürülüb.