Əminə Yusifqızına ağır itki üz verdi

Əminə Yusifqızına ağır itki üz verdi
7432 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının yaxın qohumu faciəli şəkildə ölüb.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a Ə.Yusifqızı özü məlumat verib.

Belə ki, xalq artistinin xalası qızı Məsumə Bamşad yaşadığı evdə köməksiz vəziyyətdə dünyasını dəyişib.
Evində tək yaşayan 1946-cı il təvəllüdlü M.Bamşadın meyiti bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş FHN-in xilasediciləri mənzilin giriş qapısını açıb və onun cəsədini qohumlarına təhvil veriblər.
Ə.Yusifqızı xalası qızının bu gün dəfn edildiyini bildirib.