"Fatmagülün suçu nə?" hələ də gündəmdədir - foto

"Fatmagülün suçu nə?" hələ də gündəmdədir - foto
5303 dəfə oxunub
  • A-
  • A
  • A+

Peruda "Fatmagülün suçu ne" serialı məşhurluğun zirvəsindədir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serial üçün yarışma keçirilib. Belə ki, 2 min nəfər adamdan seçilən iki qalib "Rahni" obrazını canlandıran Bülent Seyran ilə görüşmək üçün İstanbula gəlib.

Serialın rekord qırdığı Perunun tanınmış telekanalları isə aktyorla müsahibə hazırlayıblar. Keçirilən yarışmanın şərtlərinə görə bütün seriyaları əzbər bilən və istənilən səhnəni canlandıran 2 nəfər aktyorla görüşmək imkanı qazanıblar.

Qeyd edək ki, Beren Saatın baş rolda oynadığı "Fatmagülün suçu ne" serialında Bülent Seyran Fatmagülün qardaşını canlandırıb.