Emre Kaya yenidən Bakıya gələcək

Emre Kaya yenidən Bakıya gələcək
1248 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Emre Kaya “Star life” verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, ötən il paytaxtımızın qonağı olan sənətçi Bakı ilə bağlı xatirələrini bölüşüb:

“Azərbaycana gəlməyim mənim üçün çox xoş idi. Öz vətənimə gəlmişdim. Oradakı şou-biznesi tanıdım, konsertləri necə verdiklərini öyrəndim. Yeni konsert planlarım var. Daha çox insanla tanış ola biləcəyim məkanda konsert istəyirəm. Yeni mövsümdə Bakıya gəlməyi düşünürəm. Hətta bəstələdiyim mahnıları oradakı müğənnilərə də verəcəm. Amma mən düzgün bir layihədə yer almağa üstünlük verirəm. Yalan sevmirəm. Bakıya gələndən sonra sosial şəbəkədə izləyicilərim artıb. Azərbaycandan o qədər mesajlar alıram ki... Çox sevindiricidir".