Beyons 8 dəfə geyimini dəyişdi - video+fotolar

Beyons 8 dəfə geyimini dəyişdi - video+fotolar
4389 dəfə oxunub
  • A-
  • A
  • A+

Ad gününü qeyd etmək üçün sadəcə bir gün işlərinə fasilə verən müğənni Beyons Pensilvaniyada baş tutan "Made in America" festivalına qatılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni "Crazy in Love", "Bootylicious", "Drunk in Love" kimi məşhur mahnılarını ifa etməklə yanaşı səhnədəki şoularıyla da diqqət çəkib.

Bir konsertdə 8 dəfə geyim dəyişən Beyons gecə boyu izləyicilərə sürpriz yaşadıb. Karyerasının başlanğıcı olan "Destiny's Child" qrupundan Kelli Rouland da konsertdə olub. Niki Minaj da "Halo" mahnısında müğənniyə dəstək olub.