Aparıcı və anasının qorxu dolu anları - fotolar

Aparıcı və anasının qorxu dolu anları - fotolar
2495 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Ece Erken dünən anası ilə alış-veriş etmək üçün gəzintiyə çıxıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ana və qızı kitabçıya girərkən arxalarından kiminsə gəldiyini biliblər. Eyni adamın oradan çıxdıqdan sonra da onları təqib etməsi aparıcını qorxudub. Dərhal məkandan uzaqlaşmaq istəyən Ece şübhəli şəxsin yaxınlaşdığını görüncə həyəcanlanıb. Yaşlı kişinin qolundan tutması ilə aparıcı qışqırmağa başlayıb.

Daha sonra kişinin E.Erkenin heyranı olduğu məlum olub.

Qeyd edək ki, aparıcının bu qədər həssas olmasında əsas səbəb kimi bir neçə il əvvəl bir fanatından aldığı ölüm təhditləridir. O vaxt şübhəli şəxsin kim olduğu məlum olmamışdı.