"Oğlum atasıyla görüşmür" - əməkdar artist

"Oğlum atasıyla görüşmür" -  əməkdar artist
3863 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Hüsniyyə Mürvətova oğlundan danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa “Yeri gəlmişkən” verilişində övladını tək böyütdüyünü deyib:

“Elə taleyi gətirməyən qadınlar var ki, övladını tək böyüdür. Mən də o analardanam. İndidən oğlumun həyatı üçün narahatam. Yalvarıram ki, "Allah, elə qız yetir ki, oğlumu çox sevsin". Bu dünyadan arxayın gedim ki, oğlum xoşbəxtdir. Övladımı xoşbəxt edəcək gəlin üçün canımı da verərəm. Mən övladıma mütləq sevdiyi qızı alacam. Bircə oğlum var, gözümü ona dikmişəm. İndidən övladıma nəsihətlər verirəm ki, gələcəkdə seməcəyi qız yaxşı olsun".

H.Mürvətova övladının atası ilə görüşmədiyini də etiraf edib:

"Bir yerdə çalışırdıq, ailə qurduq. Sözümüz düz gəlmədi, ayrıldıq. Qayınanamın da bunda təsiri oldu. İndi dünyasını dəyişib. Hər şeyi ona halal etmişəm. Amma oğlumu sevirdi. Oğlum atasıyla heç göüşmür. Nənəsid ünyasını dəyişəndən sonra başa düşdüm ki, övladımı o ailədə tək çox istəyən o imiş".