İlham Əliyev idmançılarla görüşdü - fotolar

İlham Əliyev idmançılarla görüşdü - fotolar
1400 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, dövlətimizin başçısı görüşdə çıxış edib. Komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev görüşdə çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdiblər.

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olunub. Dövlətimizin başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib.

Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışıb.

Sonda xatirə şəkli çəkdirilib.