Ledi Qaqa məşhur brendin video-çarxında

Ledi Qaqa məşhur brendin video-çarxında
1138 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur brend “Tom Ford” 2016-cı il üçün yaz-yay kolleksiyasını nümayiş etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, brend yeni libaslarını təqdim edən video-çarx hazırlayıb. Video-görüntüdə isə əsas rolda müğənni Ledi Qaqa çəkilib. Ledi Qaqa Nil Rocersin “"I Want Your Love" (“Sənin sevgini istəyirəm”) mahnsının sədaları altında modellərlə birlikdə podiumda rəqs edib.

Çəkilişdə Mika Arqnaras, Leksi Bolinq, Kayla Skott, Syao Ben Yu, Valeriya Kaufman və başqaları yer alıblar.