Rihannadan növbəti qeyri-adilik - fotolar

Rihannadan növbəti qeyri-adilik - fotolar
5391 dəfə oxunub
  • A-
  • A
  • A+
Barbadoslu müğənni Rihanna Paris Moda Həftəsinə qatılıb.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, ifaçı “Dior” brendinin 2016-cı il üçün yaz-yay kolleksiyasının nümayişini izləyib. 27 yaşlı Rihanna bu dəfə də geyimi ilə gecənin diqqətçəkan siması olmağı bacarıb.

Belə ki, ifaçı çəhrayı rəngli, qeyri-adi dizaynlı paltoda olub. Bir qolu açıq olan paltonun digər qolu kürkdən tikilib. Rihanna geyimini qara, uzun çəkmələr və mavi çanta ilə tamamlayıb.

Sadə makiyajdan istifadə edən müğənni rəngarəng qaşlı sırğa taxıb.