"Deyirlər ki, Roza Zərgərli avtomobil qəzası keçirib, ölüb"

"Deyirlər ki, Roza Zərgərli avtomobil qəzası keçirib, ölüb"
3394 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli haqqında yayılan şayiələrdən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında hətta onun ölüm xəbərini yaydıqlarını deyib:

"Şayiə yayıldı ki, saçlarım tökülüb, parik taxıram. Saçlarımı müalicə edirəm deyə, tez-tez fenləyə bilmirəm. Ona görə də parikdən istifadə edirəm, çox da gözəl yaraşır. Hətta son vaxtlar kiminsə ölüm xəbərini yaymaq dəb olub. Bir gün gecə yatmışdım, dostlarım bir-bir yığırlar ki, "Yaxşısan? Hardasan?". Axırda birinə geri zəng etdim ki, "Sənə nə var hardayam?". Cavab verdi ki, "Pis başa düşmə, "Facebook"da yazıblar ki, Roza Zərgərli avtomobil qəzası keçirib, dünyasını dəyişib". Belə şeylər olmaz".
 
R.Zərgərli şou-biznesdəki süniliklərdən də danışıb:

"Şou-biznesdə 90 faiz sünilikdir. Hamımız bir-birimizi görəndə yalandan gülürük. Klarnet ifaçısı Hüseyn kimi görürsə, "bal"deyir. Bunu hamıya niyə deyirsən? 10 faiz təbiilik var. Onu da ancaq yaxınlarımıza göstəririk".