Gənc qalmanın asan yolu
Dərinizin quru və ya yağlı olmasına baxmayaraq qulluq mütləqdir. Bəs görəsən, dərinizin növünü necə öyrənə bilərsiniz?
Axşam.az xarici mətbuata istinadən üz dərinizin növünü ayırd edə biləcəyiniz vasitə təqdim edir.
Dərinizi 10 dəfə ilıq su ilə yuyun. Daha sonra qurulayın və 30 dəqiqə gözləyin. Əgər dəriniz göynəyirsə, demək qurudur. Qızarırsa, həssasdır. Əgər bu əlamətlər yoxdursa, kağız salfeti üzünüzə sərin. Yağ damcıları görünürsə, demək yağlı dəriniz var.
Parıldayan bir üz üçün kremlərin möcüzəsi kifayət deyil. Gözəl dəriyə sahib olmaq üçün xırda amillərə əməl edin:
Tez yatın: Bu zaman dəriniz günün stressindən xilas olacaq. Əks halda üzünüc tez qırışacaq.
Stressdən uzaq olun: Onun düşmənlərindən biri yoqadır. Gün ərzində bir-iki hərəkət oksigen qəbul etməyinizi yaxşılaşdıracaq.
Tez arıqladan pəhrizlərdən uzaq olun: 30 yaşdan sonra çox arıqlamayın. Əks halda yanaqlarınız içəri batacaq və sizi yaşlı göstərəcək.
Çox isti və ya soyuq: Dəri ekstrimləri sevmir. Soyuqdan isti evə girmək və ya kondisioner işləyən otaqdan günəşə çıxmaq olmaz.
Şirniyyat istəyinizə hakim olun: Çox şokolad yemək dərini qırışdırır. Şirniyyat vasitəsilə aldığınız kalorini bədəndən atmağınız 15 il vaxt aparacaq.