"Ona görə saç rəngimi də tündləşdirdim" - Məleykə Əsədova

"Ona görə saç rəngimi də tündləşdirdim" -  Məleykə Əsədova
6479 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa seriallara çəkilməməyinin səbəbini açıqlayıb:

"Həssas insanam. Lütfü Məmmədbəylinin çəkdiyi serialla tamaşaçı məni tanıdı. "İtkin gəlin"lə sevildim. Hələ də mənə oradakı obrazımın adıyla - "Əfsanə" deyə, müraciət edilir. O seriala görə saçlarımı da tünd rəngə boyamışdım. Mən sənətin xəstəsiyəm, bura bağlı insanam. Əgər ekranda lazımamsa, görünəcəm. Lazım deyiləmsə, nəyinsə xatirinə olmayacam. Mən təkcə öz taleyimi yox, əsərdəki qəhrəmanın da həyatını oynayıram. Oxuduğum ssenaridə özümü tapmıramsa, orada necə oynayım? Bir hekayəni oxuyanda yoruluramsa, tamaşaçı ona necə baxacaq. Mənim çəkiləcəyim seriala tamaşaçı gözünü qırpmadan baxacaq. Kanalı çevirib, türk seriallarına baxmayacaq".