Aygündən iddialara cavab: "Natavan bunu ancaq yuxusunda görər"

Aygündən iddialara cavab: "Natavan bunu ancaq yuxusunda görər"
10139 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova məhkəmə qərarı ilə ölkədən çıxmasına qadağa qoyulmasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni xəbərlərin əsassız olduğunu vurğulayıb:

"Bu yalan və həqiqəti özündə əks etdirməyən xəbərdir. Natavan mənim ölkədəm çıxmağıma qadağa qoyulmasını ancaq yuxusunda görə bilər. Hər zamankı kimi yalan və yalnış məlumatlar yaymaqla məşğuldurlar".

Qeyd edək ki, müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlama verərək məhkəmə qərarı ilə A.Kazımovanın ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinin tam icra olunmamasıdır.

Həmin qətnaməyə əsasən A.Kazımova N.Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır.

Xatırladaq ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:

"Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".