Məşhur rusiyalı aparıcı azərbaycanlı nazirlə görüşüb - fotolar

Məşhur rusiyalı aparıcı azərbaycanlı nazirlə görüşüb -  fotolar
2740 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev “İnsan və Qanun” verilişinin aparıcısı, rejissor, prodüser Aleksey Pimanovu qəbul edib.

Axşam.az-ın məlumatına görə, görüşdə nazir Azərbaycan kinosunun son illərdə böyük inkişafa nail olduğunu bildirib.

Daha sonra qeyd olunub ki, Azərbaycanda film, serial, sənədli filmlər çəkilməkdədir. Həmçinin ölkədə keçirilən Rusiya filmləri həftəsinin əsas məqsədinin iki ölkə arasında kino sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanmışdır.

Rusiyalı qonaq Aleksey Pimanov öz növbəsində Azərbaycanda olduğundan məmnunluğunu bildirib. Bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb.