"Bu Nadirin yox, mənim layihəmdir"

"Bu Nadirin yox, mənim layihəmdir"
1503 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Naiboğlu yeni sosial layihə hazırlayıb. 

Axşam.az-a açıqlama verən rejissor proyekt çərçivəsində xeyriyyə tədbirləri keçirəcəklərini bildirib:

“Mən də insanam” adlı layihəmin ilk qonağı müğənni Nadir Qafarzadə idi. Hamı elə bildi ki, bu onun tədbiridir. Hər kəsə demək istəyirəm ki, bu mənim layihəmdir. Heç Nadir bilmirdi ki, bu iş nədən ibarətdir. Klipin necə çəkildiyindən də xəbərsiz idi.
 
Məqsədimiz kimsəsiz uşaq evlərinin sakinlərinə, həbsxanada olanlara mənəvi dəstək durmaqdır. İkinci tədbirimiz də baş tutacaq. Xeyriyyə konserti keçiriləcək. Buradan əldə olunan gəlir isə xərçəngdən əziyyət çəkən 65 yaşlı kişinin əməliyyatına sərf olunacaq”.