İlqarın tərəf müqabili yenə dəyişdi

İlqarın tərəf müqabili yenə dəyişdi
3650 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Xeyirə qarşı” verilişinin ikinci aparıcısı yenə dəyişib.

Axşam.az-ın məlumatına görə, İlqar Mikayıloğlunun növbəti tərəf müqabili Xose Bernardodur.

Bu haqda danışan İ.Mikayıloğlu “Əlibəyi yola saldıq getdi. Bundan sonra onun yerində Xose duracaq” deyib.

Qeyd edək ki, verilişdə İ.Mikayıloğlunun ilk tərəf müqabili yumorist İslam Mehrəliyev olub. Daha sonra isə onu Əlibəy əvəzləyib.

İ.Mikayıloğlu aparıcıların dəyişməsiylə bağlı açıqlamasında “Hər bir verilişin daxili mətbəxi var. Bunu ortaya çıxarmağın tərəfdarı deyiləm. Yaradıcılıqdır, axtarırsan və ən optimalın üstündə dayanırsan. Hələ ki, biz də optimal variantda dayanmışıq” deyə, söyləmişdi.