Xalq artistinin yubiley tədbirinin vaxtı dəyişdirildi

Xalq artistinin yubiley tədbirinin vaxtı dəyişdirildi
650 dəfə oxunub
  • A-
  • A
  • A+
Teatr rejissoru, xalq artisti Ağakişi Kazımovun oktyabrın 26-da Teatr Xadimləri İttifaqında keçirilməsi nəzərdə tutulan 80 illik yubiley tədbiri təxirə salınıb.

Axşam.az xəbər verir ki, yubiley mərasimi noyabrın 28-də Teatr Xadimləri İttifaqında keçiriləcək. Tədbirin vaxtının oktyabrdan noyabra dəyişdirilməsini A.Kazımovun özü xahiş edib.

Xatırladaq ki, rejissor Ağakişi Kazımov 1935-ci il martın 11-də Ağcabədi rayonunda anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.