Ədəbiyyat üzrə Nobel mükafatını qadın yazıçı aldı

Ədəbiyyat üzrə Nobel mükafatını qadın yazıçı aldı
786 dəfə oxunub
  • A-
  • A
  • A+
Ədəbiyyat üzrə Nobel mükafatına Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.

Axşam.az Report-a istinadən xəbər verir ki, laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək.

Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur. Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.

S.Aleksiyeviç 2013-cü ildə "Nobel" mükafatına namizəd göstərilib. Ancaq həmin vaxt mükafata kanadalı yazıçı Elis Manro layiq görülüb. 2014-cü ildə isə bu mükafat fransız yazıçı Patrik Modianoya verilib.