Şakira ailəsi ilə gəzintidə - fotolar

Şakira ailəsi ilə gəzintidə - fotolar
4719 dəfə oxunub
  • A-
  • A
  • A+
Kolumbiyalı müğənni Şakira vətəndaş nikahında yaşadığı futbolçu əri Jerar Pike və oğulları Milan, Saşa ilə birlikdə paparassilərin hədəfində olub.
 
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, ifaçı ailəsi ilə Barselonada gəzintiyə çıxıb. Pike 8 aylıq oğlu Saşanı, Şakira isə 2 yaşlı oğlu Milanı avtomobilə aparıb. Diqqətçəkən məqam isə müğənninin geyimi olub. Qara şalvar, pələng dərili kofta geyinən Şakiranın ayaqqabı kimi botlara üstünlük verməsi düzgün seçim olmayıb. Pike isə qara və boz cizgili kofta, qırmızı idman ayaqqabıları geyinib.

Şakiranın üzündən, bir an olsun belə, gülüş əksik olmayıb.