Ülviyyə Mahmudova xeyriyyə yarmarkası keçirəcək

Ülviyyə Mahmudova xeyriyyə yarmarkası keçirəcək
2339 dəfə oxunub
  • A-
  • A
  • A+
Dekabrın 1-dən 31-nə kimi “Nargis” Fondunun təşkilatçılığı ilə “Soyuq əllər, İsti ürək: Mələklər” adlı xeyriyyə yarmarkası keçiriləcək.

Axşam.az-ın məlumatına görə, yarmarkadan əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək. Hər il uşaq evlərinin sakinləri yarmarkanın qonağı olurlar. Məşhur qonaqlarla görüş, sevimli ifaçıların çıxışları, yarmarkanın sponsorları tərəfindən təqdim olunan suvenirlər, şirniyyatlar, hədiyyələr uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş çoxsaylı əyləncə və sürprizlər əsl Yeni il bayramı ab-havası yaradacaq.

Qeyd edək ki, “Nargis” fondunun rəhbəri professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovadır. “Soyuq əllər, İsti ürək: Mələklər” yarmarkası artıq üçüncü ildir ki, keçirilir.