Brilliantın ulduz kaprizləri: “Su mütləq şüşə qabda olmalıdır”

Brilliantın ulduz kaprizləri:  “Su mütləq şüşə qabda olmalıdır”
2577 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova şoumen Kamran Həsənlinin “Axşam-axşam” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni ulduz kaprizlərindən bəhs edib:

“Adi, qazsız su istəyirəm. Mütləq şüşə qabda olmalıdır. Kapron butulkada gətirsələr, içmirəm. Oteldəki dəsmallardan istifadə etmirəm, iyrənirəm. Nə qədər dəbdəbəli otel olsa da, götürmürəm. Kağız salfetlər gətizdirirəm, çiməndə də, əl-üzümü yuyanda da onunla silirəm. Ötən il məni Amerikaya mükafatlandırma gecəsinə dəvət etmişdilər. Tələb etdim ki, biznes-klassda uçacam, yanımda heç kim əyləşməməlidir. Mən qoxulara qarşı həsassam. Yanımda xoşlamadığım ətir vuran adam otursa, ölə bilərəm. Ona görə də onlar iki bilet aldılar. Məclislərdə olanda heç vaxt cangüdən istəmirəm. Çünki mənə sərxoş adamlar gəlib sataşmırlar. Mənə hömət edirəl. Adam özünü aparmağı bacarmalıdır. Pulu isə işçilər alır”.