Nikahları Heydər Əliyev Mərkəzində oldu

Nikahları Heydər Əliyev Mərkəzində oldu
5990 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran iki gəncin nikah mərasimi təşkil olunub.

Axşam.az xəbər verir ki, gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra Mərkəzdə nikah aktının imzalanması mərasimi olub. Rayon qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Ağcabədi şəhər sakinləri Səbuhi Ağayevlə Zeynəb İsmayılovanın nikahlarını rəsmiləşdirib və onlara nikah şəhadətnaməsini təqdim edib.

Çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara ən xoş arzularını bildiriblər.

Evlənən cütlüklərə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub. (AzərTac)