Xalq artisti müayinə üçün Türkiyəyə gedəcək

Xalq artisti müayinə üçün Türkiyəyə gedəcək
1411 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti Rafiq Hüseynov müayinə üçün növbəti dəfə Türkiyəyə gedəcək.

Axşam.az APA-ya istinadən xəbər verir ki, həkimlər ona vaxtaşırı müayinədən keçməyi məsləhət biliblər:

“Bu xəstəlik daim nəzarət və müalicə tələb edir, ona görə ehtiyatlı olmaq lazımdır. Müayinələrdən vaxtı-vaxtında keçmək lazımdır ki, qəfil problemlər yaranmasın. Hazırda səhhətimlə bağlı ciddi problemim yoxdur, yəni babatam deyə bilərəm”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub.