Bariatrik cərrahiyyə əməliyyatı sizi artıq çəkidən azad edəcək

Bariatrik cərrahiyyə əməliyyatı sizi artıq çəkidən azad edəcək
1901 dəfə oxunub
  • A-
  • A
  • A+
Son dövrlərdə artıq çəki və piylənmədən çıxış yolu kimi mədəkiçiltmə əməliyyatı geniş yayılıb.

Ümumi və Bariatrik cərrah, Medikal Plaza klinikasının həkimi, piylənmə üzrə mütəxəssis Sevinc Şirinova mövzu ilə bağlı sualları cavablandırıb. - Piylənmə müasir cəmiyyətin ciddi tibbi - sosial və iqtisadi problemidir. Piylənmənin aktuallığı 1-ci növbədə onun geniş yayılması ilə əlaqədardır. Piylənmədən yer kürəsinin əhalisinin 7%-i əziyyət çəkir.

Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40% - nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə axırıncı on illiklərdə piylənmənin yayılması 2 dəfə artıb. ÜST ekspertlərinin proqnozuna görə, xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaq.

Piylənmə çox vaxt ağır yanaşı patalogiyalarla müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu mərəzdir.

Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi, qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini yeməklə sakitləşdirirlər.

Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və “gecə yemək” sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindromdan qurtarmaq üçün bu insanlar özlərini artıq çəkidən xilas etməlidirlər. Az hərəkətli həyat tərzi yaşayanlar başqalarına nisbətən çəkinin artmasına daha çox meyilli olurlar. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini (kalori) sərf edib qurtara bilmirlər.

Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Alimlər tərəfindən müəyyən edilib ki, normal çəkisi olanlara nisbətən çəkisi artıq olanlarda hipertoniyanın inkişaf etmə riski 6 dəfə dahayüksəkdir. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan da (təngnəfəslik) əziyyət çəkdikləri üçün, bu, son nəticədə ağ ciyər və ürəkçatışmazlığına səbəb olur.



Bundan savayı, çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski də xeyli dərəcədə yüksək olur. Buna görə də bütün həyat boyu çəkini normada saxlamaq lazımdır - bu ürək-damar xəstəliklərinin profilaktikasında vacib olan şərtlərdən biridir. İnsan yaşa dolduqca, çəkinin hər artıq kiloqramı, onun sağlamlığı üçün daha təhlükəli olur. Həkim artıq çəkinin müəyyənləşməsi metodunu da oxuculara izah edib:

“Bunun üçün bədən kütləsi indeksinin hesablanmasının xüsusi formulu var. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölünməsi. Məsələn, əgər sizin boyunuz - 1m 60 sm, çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4. Normada bədən kütləsi indeksi 25-ə qədər olmalıdır. Demək sizin göstəriciniz normadan bir qədər artıqdır. Əgər sizin bədən kütləsi indeksi 30 və ya 30-dan çoxdursa, demək sizdə piylənmə baş verib”.

S. Şirinova piylənmə probleminin ən səmərəli həlli kimi mədəkiçiltmə əməliyatının özəlliklərindən bəhs edib:
 
“Tibbi adı bariatrik olan mədəkiçiltmə əməliyyatı sizi artıq çəkinizdən qısa zamanda azad edəcək. Bu əməliyyatın müxtəlif növləri tətbiq edilir. Mədəni kiçildərək qısa zamanda doymaq hissi yaradılır. Çox az qida ilə bu hissə qısa zamanda doyur və özünü tox hiss edir. Əməliyyatdan sonrakı həftə və aylarda insan cox sürətlə artıq çəkisini itirir.

Mədə kiçiltmə əməliyyatından sonrakı mədə - Sleeve gastrektomiya və ya “tüp mədə” olaraq adlandırılır. Mədənin böyük hissəsi kəsilib çıxarılaraq həcmi 80-85 faiz kiçildilmiş bir mədə formalaşdırılır.

Mədə kiçiltmə əməliyyatında iki mexanizm ilə kilo azalması olur:
 
Mədə həcminin kiçildilməsi ilə mexaniki bir məhdudlaşdırma və mədə hərəkətlərinin azaldılmasına bağlı çəki itkisi. Ghrelin adlandırılan maddə istehsal edən mədə toxuması çıxarıldığına görə hormon dəyişikliyi meydana gəlməsi nəticəsində kilo itkisi olur. Ghrelin mədənin fundus deyilən üst hissəsindəki oksintik hüceyrələr tərəfindən ifraz olunan 28 amino-asid bir peptid zülaldır. Beyindəki hipotalamus ya da pituiter bölgədəki reseptorların aktivləşməsi ilə keçirilən qüvvətli bir oreksigenik (iştaha artırıcı) bir peptitdir. Mədə fundusunun hər bir qramında, on iki barmaq bağırsağına görə 10-20 qat daha çox ghrelin var. Mədə kiçiltmə əməliyyatında ghrelin ifraz olunan mədənin fundus hissəsi çıxarıldığına görə iştah da azalmış olur və kilo itkisi meydana gəlir”.

Cərrah diqqətə çatdırıb ki, artıq çəki, şəkərli diabet problemi yaşayan xəstələrdə diet, idman və müxtəlif dərman vasitələrinin tətbiqinə baxmayaraq şikayətlər olduğu kimi qalır.

Bu zaman sonuncu və ən güvənli çıxış yolu cərrahi əməliyyatdir. Artıq çəkinin və şəkərli diabetin müalicəsi istiqamətində tətbiq olunan cərrahiyyənin bu növünə “Bariatrik və ya Metabolik cərrahiyyə” deyilir. Bu əməliyyatlardan sonra xəstələr 40-100 kq -a qədər çəki verir (yenidən artmamaq şərtilə), eyni zamanda şəkərli diabet, ürək- damar sistemi xəstəlikləri və oynaq problemləri aradan qalxır. Bariatrik cərrahiyyənin uğurluluq dərəcəsi 75-80 faiz qiymətləndirilir”.

525.az

S.ABDULLAYEVA

Medikal Plaza klinikasının ünvanı: Bakı şəhəri, Vaqif prospekti 75 A

Əlaqə teleonu: (070) 514-42-44