Kırmızıgül azərbaycanlı milyarderin təklifini rədd etdi

Kırmızıgül azərbaycanlı milyarderin təklifini rədd etdi
8182 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissorluğunu etdiyi filmlərlə özünü bu sahədə təsdiqləyən Mahsun Kırmızıgül səhnəyə çıxması üçün azərbaycanlı milyarderin 1 milyon 200 min lirəlik (təxminən 450 min manat) təklifini rədd edib.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, müğənni kimi aldığı dəvətlərin heç birini qəbul etməyən aktyor bu yaxınlarda isə 1,2 milyonluq təklif aldığını etiraf edib.

Rusiyada yaşayan azərbaycanlı iş adamı ona səhnədə iki saat ifası üçün təklif göndərib. M.Kırmızıgül qəbul etməməyinin səbəbini belə açıqlayıb:

"Bir gün səhnəyə dönməli olsam, bu xalq konsertiylə baş tutar. Əmin olun ki, məqsədim daha çox pul qazanmaq olsaydı mahnı oxumağa davam edərdim".

Qeyd edək ki, son olaraq ssenarisini, rejissorluğunu və baş rol ifaçılığını Mahsunun özü etdiyi "Möcüzə" filmi 4 milyona yaxın insan tərəfindən izlənilmişdi.