"O ürək həmişə sevsin və sevilsin" - Röya

"O ürək həmişə sevsin və sevilsin" -  Röya
4883 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan yeni işıq üzü görən “Kesin bilgi” mahnısının ərsəyə gəlməsində ona kömək edən yaradıcı heyətə təşəkkürünü bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bəstənin müəllifi Gülşənin ünvanına təriflər yağdırıb:

“Gülşən qədər zərif bir qadının belə böyük ürəyi olarmış... O ürək həmişə döyünsün, həmişə sevsin və sevilsin. Məndən çox o həyəcanlanırdı. Hər dəqiqə soruşurdu, yol göstərirdi. Bu uğura görə Gülşəni də təbrik edirəm. Aranjiman işində əməyi keçən Ozan Çolakoğlu, nə yaxşı ki, musiqiçi olmusan. Nə yaxşı ki, mənim də həyatıma rəng qatdın”.

Qeyd edək ki, “Kesin bilgi” sinql şəklində “Ozinga Music”də işıq üzü görüb.