Xəstəlik Ancelinanı pis hala salıb - foto

Xəstəlik Ancelinanı pis hala salıb - foto
19481 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Bred Pit həyat yoldaşı, aktrisa Ancelina Colinin fiziki görünüşünü yaxşılaşdırmaq üçün etdiyi cəhdlər nəticəsiz qalır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Coli üçün xüsusi fitnes müəllimi və aşpaz işə götürüb ki, aktrisanın sürətlə arıqlamasının qarşısını alsınlar. Lakin mütəxəssislər də bunun öhdəsindən gələ bilməyiblər. Aktrisanın çəkisi hazırda cəmi 38 kiloqram olub.

Pitt həyat yoldaşını bərpa mərkəzinə yatızdırmaq üçün dilə tutsa da, Ancelina bununla razılaşmır. Aktyor anoreksiyadan əziyyət çəkən Ancelinanın xəstəxanaya getməyəcəyi təqdirdə uşaqları da götürüb evdən çıxacağı ilə təhdid edib.

Qeyd edək ki, döş xərçəngindən əziyyət çəkən A.Coli əməliyyat olunmuşdu. Son vaxtlar cütlüyün boşanacağı ilə bağlı xəbərlər də tez-tez gündəmə gəlir.