"Həbs olunan", "xərçəngə tutulan", "qabırğasını çıxartdıran" məşhurlar - sorğu

"Həbs olunan", "xərçəngə tutulan", "qabırğasını çıxartdıran" məşhurlar -  sorğu
13244 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star life” verilişi müğənnilər arasında sorğu aparaq, onların özləri haqqında eşitdikləri dedi-qoduları soruşub.

Axşam.az həmin sorğunu təqdim edir:

Əməkdar artist Ədalət Şükürov –Deyirlər mənim biznesim var. 8 ildir heç bir biznesim yoxdur.

Müğənni Sevda Yahyayeva – Bir ara deyirdiler ki, Sevdanin saçı yoxdu, keçəldir. Saçlarım qalın deyil. Arada qaynaq etdirirəm, amma çox vaxt öz saçımdır.

Müğənni Xatun Əliyeva – Deyirlər ki, qabırğalarını çıxartdırıb, beş evi var, gözəllik salonu açıb.

Müğənni Emil Bədəlov – Deyirlər ki, guya, maşın alverçisiyəm.

Müğənni İlhamə Qasımova – Deyirlər ki, uşağım var. Hətta xalamla mübahisə edirdilər ki, evdən gizlədir, varıdır.

Meyxanaçı Namiq Qaraçuxurlu – Yayılmışdı ki, Namiqi polis saxlayıb, İlhamə Quliyva onu azadlığa buraxdırıb. Niyə olmuşdu yadımda deyil.

Müğənni Roza Zərgərli – Demişdilər ki, Roza xərçəng xəstəliyinə tutulub, ölkədən qaçıb, müflis olub.

Xanəndə Elnarə Abdullayeva – İlk vaxtlar xəbər yayılmışdı ki, bu qız kordu. Oxuyanda gözümü yumurdum deyə, elə düşünürdülər. Gah da dedilər, ana-atası yoxdu, qardaşı şəhid olub.

Müğənni Çingiz Mustafayev – Söz yayılmışdı ki, 200 minə maşın almışam. Çox sevinmişdim.

Müğənni İzzət Bağırzadə – Bir dəfə kanalların birində qonaq idim. Verilişin rejissoru məni görəndə təəccübləndi. Deyir ki, xəbər yayıblar ki, “İzzəti restorandan çıxanda güllələyiblər”.

Müğənni Gülay Zeynallı – İnsatqramda şəkil paylaşmışdım. Bir-iki xanım yazdı ki, botoks etdirmisiniz? Çox pis olmuşdum.

Müğənni Zamiq Hüseynov - Əvvəllər daha çox dedi-qodular yayılırdı. İndi yoxdur.

Müğənni Niyam Salami – Məni şoka salan söhbət saçıma rəng qoymağım, makiyaj etməyim idi.
 
Müğənni Sevil və Sevinc – Demişdilər ki, “Əkizlərin qarajda “Bentley”i var”.