Yeseninin 120 illik yubileyi keçirilib

Yeseninin 120 illik yubileyi keçirilib
653 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilmiş Klassik Musiqi Həvəskarları Klubunun növbəti toplantısı görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 120 illiyinə həsr olunub.

Axşam.az-ın məlumatına görə, muzeydən AzərTac-a bildiriblər ki, “Musiqi muzeyində poeziyaya məhəbbət və səyahət” adlı tədbirdə qonaqlara S.Yeseninin əsərlərindən ibarət ədəbi-musiqili kompozisiya təqdim olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova görkəmli şairin həyat və yaradıcılığına toxunaraq tədbirin əhəmiyyətindən söz açıb.

Sonra Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi, klassik rus ədəbiyyatı üzrə mütəxəssis Fikriyyə Muradovanın “Puşkindən Yeseninə qədər” mövzusunda məruzəsi dinlənilib.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.