"Konsertimdə mənə maddi dəstək olanlar var" - xalq artisti

"Konsertimdə mənə maddi dəstək olanlar var" -  xalq artisti
1787 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Könül Xasiyeva solo konsertə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, xanəndə bu haqda "Star life” verilişinə açıqlamasında deyib:

“Konsert noyabrın 3-ü və 4-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Əgər biletlər çox satılsa, günlərin sayını artıracağıq. “Təkcə səndən nigaranam” adlanan gecədə tələbələrim də mənlə birlikdə səhnəyə çıxacaq. Bütün muğam sevənləri həmin tədbirə dəvət edirəm. Konserti öz gücümə etmirəm. Bizə maddi dəstək olan insanlar var. Konsertdən pul qazanıb-qazanmadığıma gəldikdə isə... Mən müğənniyəm, geyinməliyəm, makiyaj etdirirəm... Bütün bunlar pul aparır. Ona görə də qazanc qalanda da, qalmayanda da fikir vermirəm”.