"İlk səhnə soyadım İlkin olub" - Elçin

"İlk səhnə soyadım İlkin olub" -  Elçin
1822 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Cəfərov özü ilə bağlı maraqlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında ilk səhnə adının başqa olduğunu deyib:

“İlk səhnə adım Elçin İlkin olub. Atam belə istəmişdi. İlkin qardaşımın adı idi. Həm də birinci olmaq deməkdi. Mən də birinci olmağı istəmişəm. Qardaşım musiqiçi deyil, başqa sahənin adamıdır. Stomotoloq kimi çalışır. Yaxşı ki, musiqiçi olmayıb. Sonradan İlkin soyadından imtina etdim. Özümü Cəfərov kimi daha yaxşı hiss edirəm”.