Homoseksual aktyor uşaqları üçün kitab yazır - foto

Homoseksual aktyor uşaqları üçün kitab yazır - foto
3241 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Nil Patrik Harris iştirak etdiyi "Ananızla necə tanış oldum?" ("How I met your mother") serialındakı həmkarını təkrarlamaq qərarına gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor həmkarı Ceyson Siqalın etdiyi kimi kitab yazmağa başlayıb.

O, özünü uşaq ədəbiyyatına daha yaxın hiss etdiyini deyərək "The Magic Misfits" ("Sehrli uyğunsuzluqlar") adlı kitab üzərində işləməyə başlayıb:

"Kitab oxumaq bizim evdə xüsusi rituala çevrilib. Bu məni ədəbiyyatla daha dərindən maraqlanmağa vadar etdi. Kitabı uşaqlarıma həsr edəcəyəm".

Qeyd edək ki, Hollivudun homoseksual məşhurlarından olan Patrik həyat yoldaşı Devid Bartla bir yerdə iki uşağı övladlığa götürüb. Onlar keçən il nikahlarını rəsmiləşdiriblər.