"Mənə Elnurun dəstəyi lazım deyil, elə Aygünlə yaxın olsun"

"Mənə Elnurun dəstəyi lazım deyil, elə Aygünlə yaxın olsun"
8478 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mən gücümə güvənən insanam. Bu işdə heç kimdən kömək istəmədim. Haqlı idim və tək mübarizə apardım”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Natavan Həbibi deyib. O, xalq artisti Aygün Kazımova və prodüser Toliklə aralarındakı mübahisədə ona dəstək olmayan həmkarlarından və dostlarından danışıb:

“Niyə kimsə başqasına görə kimləsə pis olsun? Mənə görə belə etmək lazım deyil. Mən tək də bacaracağam. Sabah mənə minnət vurmasın ki, sənə görə bunu etdim. Hələ bu şou-biznesdəkilərin minnəti mənə lazım deyil. Mənim üzümə baxa-baxa "can", "ürəyim", "ailəm" deyənlər, rahat şəkildə qarşı tərəflə qucaqlaşıb, görüşürlər. Elə söhbət getsin Elnurdan (müğənni Elnur Məmmədov – red.)... Elə Elnur Aygünlə yaxın olsun. Onların öz münasibətləri var. Mənə onun dəstəyi lazım deyil. Mənim qaranlıq tərəfim yoxdu. Əlbəttə, bu insanlar mənim evimdə tonlarla çörək kəsib, ailəmi, nəslimi tanıyırlar. Mən olsaydım çıxıb deyərdim ki, "Bağla ağzını, mən onun ailəsini tanıyıram". Mən Natavan olaraq, belə edərdim. Amma heç kimdən bunu gözləmədim. Sübut etdim, axıracan da gedəcəyəm".