Xalq artisti müalicə üçün Türkiyəyə gedəcək

Xalq artisti müalicə üçün Türkiyəyə gedəcək
987 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayev müalicə üçün yenidən Türkiyəyə gedəcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, xalq artisti açıqlamasında deyib ki, səhhətində yaranan problemlər tam aradan qaldırılmayıb və Türkiyədə müalicəsini davam etdirir. A.Abdullayev hazırda özünü normal hiss etdiyini bildirib:

"Hər 6 aydan bir Türkiyəyə gedib müalicə alıram. Şükür Allaha, yaxşıyam. Mən o qədər qüvvətli adam olmuşam ki, bir zamanlar inanmazdım ki, belə xəstələnə bilərəm. Allahın qismətidir. Buna da, şükür. Müalicələrim davam edir, müntəzəm dərmanlarımı qəbul edirəm. Allah nə zaman məsləhət bilsə, yaradanın hüzuruna gedəcəm".

Xatırladaq ki, A.Abdullayev uzun zamandır xəstəliyi ilə əlaqədar səhnədən uzaq düşüb.