"Geyimlərimi həyat yoldaşım seçir" - "Toppuş bacı"

"Geyimlərimi həyat yoldaşım seçir" -  "Toppuş bacı"
5021 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyeva “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa komplekslərindən danışıb:

“Daha kök olanda kompleks keçirirdim. Yolla gedəndə söz atırdılar, özümü vecinə almamış kimi göstərirdim. Amma gecələr yatanda fikirləşirdim. İndi arıqlamışam. Onsuz da nə etsəm də bu cürəm. Nə qədər arıqlasam da tam çəki itirə bilmərəm. Pəhriz saxlamaq və idman etməklə kompleksi üstümdən atıram. Hovuza gedirəm, bu da çox yaxşıdır”.

Toppuş bacı həyat yoldaşının qısqanclıqlarından da bəhs edib: 

“Həyat yoldaşım icazə vermir ki, saçımı kəsdirim. Geyimlərimi də yoldaşım seçir. Mən verilişdə istifadə edəcəyim paltarı da əvvəlcə evdə geyinir, ona göstərirəm. Razılıq verirsə, efirə onla çıxıram”.