"Tuba Büyüküstün mənə analıq etdi"

"Tuba Büyüküstün mənə analıq etdi"
5536 dəfə oxunub
  • A-
  • A
  • A+

"Güneşin Kızları" serialının 15 yaşlı aktrisası Miray Akay ərəb telekanalına müsahibə verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, tanınmağında böyük rolu olan "20 dakika" serialı haqda danışıb. Ukraynada anadan olan Miray həmkarı Tuba Büyüküstünün ona analıq etdiyini deyib:

"Serialda hər kəsi çox sevirdim. Tuba çox mehriban qadındır, onu çox sevirəm. Serial boyu çəkilişlərdə mənə əsl analıq etdi".