Yusif Ağayev efirə qayıdır

Yusif Ağayev efirə qayıdır
3909 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Yusif Ağayev illər sonra yenidən efirə qayıdır.

Axşam.az-ın məlumatına görə, o, bu haqda “Onlar” verilişində xəbər verib. Y.Ağayev proqramın həftə içi beş gün səhər saat 10-da baş tutacağını bildirib:

“Maraqlı layihə ilə gəlirəm. Bir komanda olaraq hər şeyi ən xırda amilləri belə düşünmüşük. Saat 10-dan sonra tamaşaçılar üçün çox maraqlı olacaq. Elə şeylər görəcəksiniz ki... Hətta hədiyyə qazanmaq imkanınız da olacaq”.

Qeyd edək ki, Y.Ağayev bir müddət əvvəl ATV-də "106 House" verilişinin aparıcısı olub. O, eyni zamanda 106 FM-də dicey kimi çalışır.