Xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib.
Axşam.az-ın Report-a istinadla xəbərinə görə, müğənni 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Belə ki, ifaçı yuxu pozğunluğuna qarşı dərman atıb. Lakin dərman əks effekt göstərib. Bu səbəbdən də o, təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdə ona zəhərlənmə diaqnozu qoyulub.
1 saylı Kliniki Tibbi Mərkəzdən faktı təsdiqləyiblər:
“Hadisə oktyabrın 10-da baş verib. Nazpəri Dostəliyeva həmin gün xəstəxanaya gəlib. Həkim məsləhətilə bir gün xəstəxanada yatıb, səhəri gün, yəni oktyabrın 11-də evə buraxılıb”.