Kamilə Babayeva şou-biznes nümayəndələrinin yalanını açacaq

Kamilə Babayeva şou-biznes nümayəndələrinin yalanını açacaq
2073 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Kamilə Babayeva yeni layihə hazırlayır.

Axşam.az-ın məlumatına görə, “Belə yaxşıdır” adlanan proqram oktyabrın 13-dən etibarən ATV-də yayımlanacaq.

Bu haqda “Onlar”a açıqlamasında danışan K.Babayeva qonaqlarının şou-biznes nümayəndələri olacağını deyib:

“Veriliş saat 21:40-da efirə gedəcək. Tamaşaçıları stressdən uzaqlaşdıracağıq, güldürəcəyik. Orada yalan dedektoru olacaq. İki tanınmış qonaq dəvət ediləcək. Biri yalan dedektorunda əyləşib, digəriylə bağlı sualları cavablandıracaq. Şou-biznes üzvlərinin yalanlarını üzə çıxaracağıq. İslam Mehrəliyev də mənimlə birlikdə verilişdə olacaq".