Necati Şaşmazdan gözlənilməz hərəkət

Necati Şaşmazdan gözlənilməz hərəkət
11356 dəfə oxunub
  • A-
  • A
  • A+
Necati və Raci Şaşmaz qardaşlar arasındakı inciklik getdikcə böyüyür.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, R.Şaşmaz bir vaxtlar "Kurtlar vadisi" serialında Çakır obrazını canlandıran Oktay Kaynarcaya öz yeni ekran işində Çakırbeyli obrazını verdikdən sonra rəqabət qızışıb.

Belə ki, "Eşkiya dünyaya hükümdar olmaz" serialının reytinqdəki uğuru N.Şaşmazı da real addımlar atmağa məcbur edib. O, Çakır obrazını unutmağa qoymayan, "Pusat Çakır" obrazını "Kurtlar Vadisi Pusu"dan çıxarıb. Aktyor Görkem Sevindikin fanatları isə sosial mediada Necatini tənqid atəşinə tutublar.