Məşhur idmançı Putini şampan yağışına tutdu - video

Məşhur idmançı Putini şampan yağışına tutdu - video
2570 dəfə oxunub
  • A-
  • A
  • A+
“Formula 1” yarışlarının britaniyalı qalibi Luis Hemilton qələbəsini hər zaman olduğu kimi şampanla qeyd edib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançı onu mükafatla təltif edən prezident Vladimir Putinə “soyuq duş qəbul etdirib”. Belə ki, Luis ənənəyə uyğun olaraq qələbəsini şampanla qeyd etməyə çalışıb. Lakin bu zaman şampan kürsüdən enən Rusiya prezidentinin pencəyinə tökülüb.

Qeyd edək ki, bu, Luis Hemiltonun ilk belə “məharəti” deyil. Bundan əvvəl də o, həmkarlarını bir neçə dəfə şampan yağışına tutub.