Məşhurlardan Müstəqillik Günü konserti

Məşhurlardan Müstəqillik Günü konserti
1137 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 21-də Heydər Əliyev Sarayında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram konserti keçiriləcək.

Axşam.az-ın məlumatına görə, “Sevilən mahnılar axşamı” adlı konsertdə xalq artisti Bilal Əliyev, əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Arzu Əliyeva, Gülay Qədirova, Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, Aşıq Zülfiyyə, Məmməd Nəcəfov və başqaları iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 5-15 manat arasında satışa çıxarılıb. Biletləri şəhəri kassalarından əldə edə bilərsiz.