“My name is İntiqam 2 -Moldova” qala gecəyə hazırlaşır - video

“My name is İntiqam 2 -Moldova” qala gecəyə hazırlaşır -  video
2079 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 28-də Nizami Kino Mərkəzində “My name is İntiqam 2 -Moldova” komediya filminin qala gecəsi baş tutacaq. 

Axşam.az-ın məlumatına görə, rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi ekran işinin ideya müəllifi Fariz Əliyevdir.
 
Filmin prodüseri və baş rolun ifaçısı aktyor Müşviq Şahverdiyev bu filmdən daha çox uğurlu nəticə gözlədiklərini söyləyib.
  
Birinci filmdə bir milyon pul qazanan İntiqam, ikinci hissədə o pulu götürüb Moldovanın paytaxtı Kişinyova - şəhər meriyasının meri olmaq üçün namizədliyini irəli sürməyə gedir. İntiqam və dostlarının Moldova sərgüzəştləri hər kəsin marağına səbəb olacaq. 
  
Filmin birinci hissəsində oynayan aktyorlar İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərovla yanaşı, Moldovanın komediya ustası, aktyor İon Mocano da çəkilib.

Qala gecəsinə Moldovadakı çəkiliş heyəti də dəvət olunub.